Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42224
az

“Bu baş versə, onda Laçın dəhlizini də bağlamaq lazımdır” — Ermənilərin gülünc təklifinə REAKSİYA

08:2721 Noyabr, 2020
497
DÜNYA
  • A

Ermənistan hökuməti Mehri dəhlizinin açılmasına şərait yaradan 9-cu bəndin ləğv edilməsi üçün Rusiyaya müraciət edib.
 

Onlar üçtərəfli atəşkəs sazişinin 9-cu bəndində Mehri dəhlizinin açılması ilə bağlı müddəanın ləğv edilməsi müqabilində Füzuli-Şuşa avtomobil yolunun Azərbaycanın istifadəsinə verilməsini təklif edir.


Naxçıvana yol açılması isəAzərbaycanın əldə edilmiş sazişdə müstəsna uğuru hesab edilir.

 

Bəs, maraqlıdır, Ermənistanın bu təklifinə Rusiyanın cavabı nə olacaq? Üçtərəfli bəyanatda belə bir dəyişiklik edilməsi mümkündürmü?


Məsələ ilə bağlı Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ermənilərin bu təklifinin gülünc olduğunu və heç bir halda qəbul edilməyəcəyini bildirib:

 

"Bu müraciətin qəbul olunmasına inanmıram. Çünki sənədə imza atanların hamısı öz öhdəliklərini yerinə yetirməlidir. Bu baxımdan ermənilərin hansısa xahişinin qəbul ediləcəyi gülməli gəlir. Üçtərəfli bəyanat patent şəkildə qəbul edilib.


Əgər ermənilərin bu təklifi nəzərə alınırsa, onda demək Laçın dəhlizini də bağlamaq lazımdır? Bu təklif çox məntiqsizdir. Ermənistan hökumətində onsuz da ağıllı adam yox idi müharibə dövründə bu lap kəskin hal alıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Danışıqlar nəticə vermədi: Türkiyədə "Instagram" bağlı qaldı

Trampa qarşı sui-qəsd: Obama və Bayden... - Telefon danışıqları ortaya çıxdı
Ukrayna-Rusiya müharibəsi Afrikaya yayıldı: Bu ölkə Kiyevlə diplomatik əlaqələri kəsdi

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü