Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42212
az

"Le Monde" qəzeti Ağdamın azad olunmasından yazdı

22:1420 Noyabr, 2020
754
DÜNYA
  • A

Fransanın "Le Monde" qəzeti 27 il erməni separatçılarının nəzarətində olan Ağdam rayonunun 20 noyabr tarixində Azərbaycana qaytarılması haqqında yazı dərc edib.

Oxu24.com xəbər verir ki, yazıda qeyd olunur ki, hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın şərtlərinə əsasən Ağdamla yanaşı, digər iki rayon - Kəlbəcər noyabrın 25-i, Laçın dekabrın 1-i - Azərbaycana qaytarılmalıdır. Bu ərazilərin 30 ilə yaxındır erməni silahlı birləşmələrinin nəzarəti altında olduğu, 1990-cı illərdə on minlərlə insanın ölümü, yüz minlərlə insanın, xüsusən də Ağdamdan azərbaycanlı əhalinin didərgin düşməsi ilə nəticələnən müharibə də oxucuların diqqətinə çatdırılır.

Həmçinin yazıda iki minə yaxın rus sülhməramlı əsgərlərin atəşkəs rejiminə nəzarət etmək üçün Qarabağda və ətraf rayınlarda yerləşdirildiyi qeyd olunur.

Bundan əlavə, Azərbaycana məxsus əraziləri tərk edən ermənilərin öz mal-qaralarını öldürdükləri və ağaclardan meyvələri toplayaraq özləri ilə aparmaları, bəzilərinin isə hətta evləri yandırdıqları qeyd olunur. Həmçinin, 30 ilə yaxındır “ruhlar şəhəri” olan Ağdamın separatçıların arxa bazası olduğu deyilir və vurğulanır ki, əsgərlər bölgəni tərk etməzdən əvvəl qərargahlarını yerlə-yeksan edərək ona od vurmuşlar.

1990-cı illərdə hazırda baş verənlərin əksinin yaşandığı, yerli azərbaycanlı əhalinin öz evlərini tərk etmək məcburiyyətində qaldıqları qeyd olunur. Sonda, Qarabağda atəşkəslə bağlı razılaşmanın Ermənistanda böyük etirazlara səbəb olduğu və baş nazir Nikol Paşinyanın “xain” adlandırıldığı da vurğulanır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Axtarışda olan 82 nəfər saxlanıldı