Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42194
az

Tiflisdə HƏYƏCAN: Əlində bomba olan şəxs 9 nəfəri GİROV GÖTÜRDÜ

19:3820 Noyabr, 2020
636
  • A

Gürcüstanın paytaxt Tiflisdə bir nəfər təcavüzkar əlində əl bombası ilə Tsereteli metro stansiyası yaxınlığında bir mikromaliyyə qurumunun ofisinə hücum edərək təqribən 9 nəfəri girov götürüb.

Oxu24.com -un məlumatına görə, hücumla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir:

"Polis Tbilisidəki Akaki Tsereteli küçəsindəki mikromaliyyə təşkilatlarından birinin ofisinin yaxınlığında hərəkətə keçdi. İlk məlumata görə, ofisə bir silahlı şəxs girib. Hücum xəbəri alan polis məmurları hadisə yerinə yaxın ərazini ani cavab rejimində mühasirəyə aldılar. Hazırda hadisə yerində səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları bütün lazımi və təcili tədbirləri alır, araşdırmalar və əməliyyat tədbirləri davam edir. Daxili İşlər Nazirliyi media nümayəndələri təhlükəsizlik normalarına riayət etməyə çağırır".

Faktla bağlı intensiv araşdırma davam edir.(Publika)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tacikistanın baş müftisinə bıçaqla hücum edilib
Tramp, yoxsa Harris? - Məşhur müğənni seçimini etdi
Britaniya Xarici İşlər Nazirliyi növbəti tranşın Ukraynaya ayrıldığını açıqlayıb