Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42161
az

Nikaha daxil olmaq istəyən şəxslərin NƏZƏRİNƏ - QANUN DƏYİŞDİ

13:5420 Noyabr, 2020
754
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qaydaya dəyişiklik edilib.

Oxu24.com xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Məcəllənin 13-cü maddəsinin (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) 13.2-ci bəndinə təklif edilən dəyişikliklə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına ("Tibbi sığorta haqqında" qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçiriləcək.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oktay Əliyev vəfat edib
40 dərəcə isti olacaq - PROQNOZ
Bakıda dəhşətli qəza: Ölən şəxs görün kimdir

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Axtarışda olan 82 nəfər saxlanıldı