Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42140
az

Ağdama yeni komendant təyin edildi

11:2920 Noyabr, 2020
545
HƏRBİ
  • A

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Şəhər Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək.

E.Zahidov deyib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətini davam etdirəcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada heç bir ABŞ raketi olmayacaq...
HDQ kursantları tapşırıqlar icra ediblər - VİDEO
Amerika yeni lazer silahları hazırlayır