Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42110
az

SON DƏQİQƏ! Ermənilər daha iki kəndi də boşaldır

23:3219 Noyabr, 2020
1726
SON DƏQİQƏ
  • A

10 noyabrda imzalanan Üçtərəfli razılaşmaya əsasən, ermənilər keçmiş Əsgəran rayonunun Şelli kəndini də boşaltmağa başlayıblar.

Oxu24.com  xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bundan başqa Azərbaycana təhvil verilən kəndlər arasında Əsgəranın Xaçındərbətli kəndi də var.

Məlumatda keçmiş Əsgəran rayonunun daha bir neçə kəndinin isə Azərbaycan Ordusu tərəfindən azad edildiyi xatırladılıb.

Qeyd edək ki, Azərbaycanda Əsgəran inzibati rayonu ləğv edilib və onun kəndləri Xocalı rayonuna birləşdirilib. Bir neçə kənd isə Ağdam rayonuna daxil edilib.

Ermənilərin təhvil verməyə hazırlaşdığı Şelli və Xaçındərbətli kəndləri Ağdam rayonuna aiddir.

Azərbaycan Ordusu isə Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndlərini 9 noyabr 2020-ci ildə işğaldan azad edib.

Bundan əlavə, ötən gün ləğv edilən Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə verilmiş 5, Tərtər rayonunun tərkibinə verilmiş 2 kəndi də ermənilər tərəfindən boşaldılıb. Bu kəndlər də 20 noyabra qədər Azərbaycana təhvil verilməlidir.///Axar.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Axtarışda olan 82 nəfər saxlanıldı