Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
421
az

ABŞ Suriyanı Aralıq dənizindən vurdu – Təcili

17:0109 Aprel, 2018
1321
SİYASƏT
  • A
 Suriya Xüms vilayətinin şərqində yerləşən T-4 aviabazası kütləvi raket atışına məruz qalıb.

Bu barədə informasiyanı SANA agentliyi yayıb. Hücum zamanı ölən və yaralananların olduğunu bildirib. Agentlik hücumun arxasında ABŞ-ın dayandığını iddia edib

Livanın “Əl Mayadin” televiziyası raketlərin Aralıq dənizindən buraxıldığı haqqında informasiya yayıb. Suriyanın hökumət qüvvələri isə bazaya 8 raketin atıldığını bəyan edib.

“RİA Novosti” agentliyi hücum zamanı bütün raketlərin Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bəyan edib. Agentlik hücum zamanı heç kimin xəsarət almadığını bəyan edib.

ABŞ Müdafiə Nazirliyi həmçinin hücumun arxasında dayanmadığını açıqlayıb.

Qeyd edək ki, 2017-ci il 7 apreldə ABŞ qanadlı raketlərlə Suriyanın Şeyrat bazasını darmadağın etmişdi. Suriyada rejim qüvvələrinin kimyəvi silah tətbiq edəcəyi halda növbəti zərbə endiriləcəyi xəbərdarlığı edilmişdi.

Ötən gün isə Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə edildiyi, ən azı 80 nəfərin öldüyü, minlərlə insanın zəhərləndiyi xəbəri yayıldı və buna görə BMT TŞ-nin iclası çağırılıb. Trampın açıqlaması ABŞ-ın Suriyaya zərbə endirəcəyi haqda rəy yaratdığından, Rusiyanın bu ölkədəki S-400-ləri tam döyüş hazırlığına gətirildi, rus qırıcıları isə Aralıq dənizində ABŞ HHQ-ni izləməyə başladı.


 




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb