Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4209
az

İdarənin rəisi cərimələnib

09:5203 Avqust, 2018
949
CƏMİYYƏT
  • A
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, şikayətlə bağlı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində monitorinq və araşdırma aparılıb.

Sözügedən ərazidən çirkab su axan hissədən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə suyun tərkibində çirkləndirici maddələrinin normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh olan Bakı Sukanal İdarəsinin rəisi Habil Quliyev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı