Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4208
az

"Ağlayıb kəlmeyi şəhadətini dedi..." - Öldürülən xanəndənin dostu

09:4103 Avqust, 2018
2092
KRİMİNAL
  • A
"Miryusif son görüşümüzdə ağlayıb kəlmeyi şəhadətini dedi".

Oxu24.com  xəbər verir ki, bunu “Report”a açıqlamasında xanəndə Miryusif Mirizadənin yaxın dostu Sakit Həsənov bildirib.

Onun sözlərinə görə, hadisədən bir gün əvvəl, yəni iyulun 31-də Miryusif və Novruzla Ağcabədi rayonundakı çay evlərinin birində görüşüb: “Miryusif Mirizadə daha sonra avtomobillə məni evə düşürəndə hönkür-hönkür ağlayaraq kəlmeyi şəhadətini dedi. Ondan səbəbini soruşanda heç bir cavab vermədi, "lənət şeytana!" dəyib sağollaşdı. O, mənimlə getmək istəsə də, Novruz buna icazə vermədi və anasının süfrə açaraq gözlədiyini bildirdi".

S.Həsənov deyib ki, son günlər Novruz Hüseynov da özünü birtəhər aparırdı: "Sanki psixoloji problemləri var idi. Arada deyirdi ki, siz mənim nə səhvim olur bağışlayırsınız, amma mən sizin gününüzü qara edəcəyəm. Elə bir iş görəcəyəm ki, ömür boyu unutmayacaqsınız. Ertəsi gün isə hər ikisinin avtomobil qəzasına düşərək öldüyünü eşitdim".

Qeyd edək ki, Novruz Hüseynov dostu Miryusif Mirizadəni bıçaqlayaraq qətlə yetirib, daha sonra isə intihar edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı