Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4200
az

Keçmiş arvadını qısqandı, bıçağa əl atdı — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI

20:2502 Avqust, 2018
999
KRİMİNAL
  • A
Bakıda arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
“Oxu24.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə hakim Ənvər Seyidovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 13-nə təyin edilib.
Belə ki, mayın 1-də Bakının Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında qətl törədilib. Cinayət səhər saat 10:00 radələrində baş verib.

Naməlum kişi bıçaqla gənc oğlan və qıza hücum edib. Cinayətkar hər iki şəxsə çoxsaylı bıçaq zərbələri endirib. Nəticədə gənc qız sinə nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb. Oğlan isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Oğlanın 1982-ci il təvəllüdlü Əliyev Emil Elman oğlu olduğu məlum olub.

Sadəcə, o məlumdur ki, Zəhra və Rəşad İbrahimzadə bir neçə il əvvəl boşanıblar. Onların bu nikahdan iki övladı var. İbrahimzadə öz keçmiş arvadını Əliyevə qısqanırmış.

O da məlum olub ki, Əliyev İbrahimovanı paytaxtdakı biznes mərkəzlərinin birində işə düzəldib. Mayın 1-də İbrahimova işə başlamalı imiş. Lakin İbrahimzadə bu gün səhər cütlüyə hücum edərək onlardan birini öldürüb, digərini isə yaralayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı