Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41940
az

Yaralı hərbçimiz döyüşlərlə bağlı GİZLİNLƏRİ AÇDI: Ermənilər dərədən hücum etdi, 1 saat...

16:4818 Noyabr, 2020
1349
HƏRBİ
  • A

Ermənistan silahlı qüvvələri Azərbaycanın hansı gücə qadir olduğunu elə sentyabrın 27-də gördü.

Oxu xəbər24.com verir ki, bunu işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu Faiq Yusifov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də cəbhə bölgəsində təxribat törədərək Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini və yaşayış məntəqələrimizi ağır artilleriyalardan atəşə tutmağa başladı: "Azərbaycan silahlı qüvvələri cavab atəşi ilə düşmənin atəş mövqelərini susdursa da, qarşı tərəf təxribatlarına davam etdi və cəbhəboyu bütün ərazilərimiz atəşə tutuldu. Azərbaycan Ordusu əks-həmlə hücumlarına başladı. Qısa müddətdə düşmən mövqelərini darmadağın etdik və onlar geri çəkilməyə başladılar. Amma buna baxmayaraq, düşmən tərəf itirdiyi mövqeləri almağa cəhd edirdi. Hər dəfə cəhd edərkən isə bir neçə ərazi itirir, itki verərək geri çəkilirdilər".

F.Yusifov Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsində iştirak edib, Qubadlı rayonu uğrunda döyüşlərdə yaralanıb: "Qubadlı rayonu uğrunda döyüşlər gedirdi. Ermənistan silahlı qüvvələri itirdikləri mövqeləri geri almaq üçün hücumlar edirdi. Ermənilərin hücumuna qarşı əks-həmləyə başladıq, 5 kənd, 1 yüksəkliyi işğaldan azad etdik. Ermənilər yenə də itki verərək geri çəkildilər. Axşam saat 17 radələri idi. Ermənilər minaatanlarla qəfil hücuma başladılar. Təxminən bir saatdan artıq idi ki, dayanmadan döyüş gedirdi. Bizim işğaldan azad etdiyimiz yüksəkliyin aşağı hissəsində dərə var idi. Məlum oldu ki, erməni hərbi birləşmələri həmin dərədən bizə gizli hücuma keçmək istəyirlər. Təxribat qrupunun yerini müəyyənləşdirdik və hücumun qarşısını alarkən üz-üzə döyüş başlandı. Yaxınlığımda minaatan mərmisi partladı, yıxıldım. Ayağa durdum, yaralandığımı hiss eləmədim və yenidən döyüşə başladıq. Yerimi dəyişəndə çiynimdən güllə yarası aldım. Döyüş yoldaşlarım məni ərazidən uzaqlaşdırdı. Həmin döyüşdə 6 nəfərimiz yaralandı. Amma düşmənin qrupunu tam məhv etdik"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...