Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41889
az

Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat zərərsizləşdirildi

09:1218 Noyabr, 2020
1031
HƏRBİ
  • A

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Mili Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Yevlax, Tərtər rayonları və Gəncə şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 141 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 9 müraciət daxil olub.

ANAMA-dan  verilən məlumata görə, daxil olmuş 150 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 40 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 1 ədəd tank əleyhinə minanın partladıcısı və 79 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 40 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 45 687 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azad edilmiş ərazilərdə daha 367 mina zərərsizləşdirilib
Ukrayna pilotsuz uçan aparatı ilk dəfə Rusiya helikopterini vurub
Müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatdı

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı