Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41877
az

Azərbaycan hərbçisi inanılmaz qəhrəmanlıq göstərdi: Yanan tankı əli ilə söndürüb hərbçiləri xilas etdi 

23:0817 Noyabr, 2020
5351
ÖZƏL BÖLÜM
  • A

O, iki gün yaralı halda döyüşüb, yanan tankı yalın əlləri ilə söndürərək onlarla hərbçimizi xilas edib.

Oxu24.com -un  məlumatına görə, söhbət Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirən baş leytenant Samir Qasımovdan gedir.

Tanklarla döyüşə girən 24 yaşlı qəhrəmanımız düşmənin vurduğu yanan tankdakı ekipajı xilas edib.

Daha sonra öz tankı da vurulub və alovlanmağa başlayıb. Bu zaman Samir alovu su ilə söndürə bilməyəcəyini anlayıb və yerdəki qumu götürərək odu yalın əllə söndürüb. Həmin vaxt onun əllərinin içi də yanıb.

Həmin ərəfədə onun olduğu ərazi minaatanlardan atəşə tutulub. Nəticədə qəhrəmanımız yaralanıb. Lakin mübarizəsini davam etdirib və yerdəki silahı götürərək ordakı piyadalara rəhbərlik edib və onları həmin təhlükəli ərazidən çıxarıb. Piyadaları irəli səsləyərək onlarla birlikdə önəmli yüksəkliyi düşmən işğalından azad edib.


Altı qəlpə yarası ilə iki gün döyüşən Samir yaralı olduğunu heç kimə deməyib. O, huşunu itirib yıxıldıqdan sonra onun yaralandığını biliblər.


Samirin bu şücaəti sosial şəbəkələrdə də paylaşılıb. Hətta valideynləri onun qəhrəmanlığından sosial şəbəkələrdə yayılan məlumatları oxuduqdan sonra xəbərdar olublar.


Samirin anası Əsmayə xanım oğlunun şəklini sosial şəbəkədə görəndə həm həyəcanlandığını, həm də qürur duyduğunu deyir.


Samirin anası bildirir ki, onun qəhrəmanlığı bununla da bitmir. O, yarası tam sağalmamış ailəsinin xəbəri olmadan xəstəxanadan çıxıb və yenidən döyüş bölgəsinə qayıdıb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ramin İsayevin işi üzrə şok yeyinti- 54 milyon!
Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı