Ermənistan paytaxtı Yerevanda əsgər analarının aksiyası davam edir.
Oxu24.com xəbər verir ki, onlar itkin düşmüş hərbçilərin taleyi ilə bağlı hesabat tələb edirlər.
Nazirliyin itkin düşən şəxslərlə bağlı komissiyasına rəhbərlik edən polkovnik Vitali Voskanyan etirazçılara açıqlama verib.
“Cəsədlərin dəyişdirilməsi prosesi davam etdirilir.
Rusiyalı sülhməramlılar erməni tərəfinin daxil ola bilmədiyi ərazilərdə qalan hərbçilərin cəsədlərini qaytarmaq üçün yardım edəcəklərini söz veriblər”.
Voskanyan rəsmi Yerevanın Qubadlı, Cəbrayıl və Hadruta daxil olaraq, ölən hərbçilərin cəsədlərini götürmək üçün rəsmi Bakının icazəsini gözlədiklərini əlavə edib.
Həmin ərazilərdə yüzlərlə erməni əsgərinin cəsədinin olduğu bildirilir.
Oxu24.com
ŞƏRHLƏR