Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41772
az

Yaralı halda qardaşını 15 kilometr çiyinlərində daşıdı - VİDEO

21:3216 Noyabr, 2020
1018
OXU24 TV
  • A

Əslən Bakıdan olan 20 yaşlı Şabizadə İlkin və 18 yaşlı Şabizadə Elmin qardaşları ön cəbhədə birlikdə çiyin-çiyinə düşmənlə mübarizə aparıblar. Hər ikisi eyni gündə, eyni yerdə yaralanıblar. Lakin qardaşlardan biri, Ş.Elmin ağır yaralandığından, Ş.İlkin onu çiyinlərində aparıb.


OXU24.COM  xəbər verir ki , bu barədə Yeniavaz.com-a danışan Ş.İlkin həmin anları belə xatırlayır:

“Mən qardaşımla eyni manqada idim. Şuşa dağlarında döyüşə gedirdik, birdən sağ tərəfimizdən naməlum səslər eşitdik. Bir-birilərinə “ara” deyirdilər. Başa düşdük ki, ermənilərdir. Təqribən 50 nəfər olardılar. Elə həmin dəqiqə atışma oldu və güclü döyüşlər başladı.  Bir müddət sakitlik hökm sürdü və biz elə bildik ki, hamısını məhv eləmişik. Daha sonra onlar artilleriyadan atəş açmağa başladılar. Həmin vaxt mən də,  qardaşım da ayağımızdan yaralandıq. Qardaşımın yarası ağır idi.  Buna görə də onu çiyinlərimə alaraq 15 kilometr yol getdim. Maşına çatdıq və bizi qospitala gətirdilər. Hal-hazırda vəziyyətimiz yaxşıdır və sağalmağa doğru gedirik. Min canım olsa qardaşıma və əsgərlərimizə qurban verərdim. Allah şəhidlərimizə rəhmət eləsin, yerdə qalanlara can sağlığı versin! Biz fəxr edirik ki, Azərbaycanlıyıq!”

Ş.İlkin və Ş.Elmin qardaşlarını uşaqlıqdan nənələri böyüdüb. Yeniavaz.com-a danışan nənələri Əliyeva Yetər nəvələri ilə fəxr etdiyini  bildirdi:

“Şükürlər olsun, nəvələrim Vətəni qorudular və başımızı uca etdilər. Allah şəhidlərə rəhmət eləsin, onların ailələrinə səbr versin”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı