Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41594
az

Arxayın olaq, Qarabağda Azərbaycan və Türkiyə bayraqları Rusiya bayrağından ucadadır..

19:4614 Noyabr, 2020
3209
QARABAĞ
  • A

“Dövlətimizin, xalqımızın, ordumuzun gücünə, qardaş və dostlarımızın dəstəyinə arxayın olaq, amma ehtiyatı da əldən verməyək...”

28 ildən sonra Rusiya ordusunun sülhməramlı adı altında Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınan hüquqi-tarixi ərazisinə - “Laçın dəhlizi” və keçmiş “Dağlıq Qarabağ” adlanan bölgəyə daxil olması cəmiyyətdə müəyyən təşviş, əndişə yaradır. Bir daha təkrar edirik ki, dünyada və regiondakı geosiyasi situasiya 1990-cı illərdəkindən tamamilə fərqlidir. Əvvəla, artıq sovet imperiyası dağılıb, Azərbaycan 29 yaşlı müstəqil dövlətdir, eləcə də Rusiya həmin qüdrətə, gücə sahib ölkə deyil. İkincisi də əgər Rusiya dolayısıyla Ermənistana dəstək verəsi olsa belə, bizim də arxamızda Türkiyə qardaşımız dayanır...

Oxu24.com-un Qarabağın ürəyindən – Şuşanın girişindən əldə etdiyi son foto-görüntülərdən birində də sanki mövcud reallıq əks olunur.

Fotoda Şuşaya daxil olan yolun üstündə- “Şuşa” yazılmış transparantın üzərində Türkiyə bayrağı aydın görünür. Amma diqqət etsək, azca sağda digər dirəyin üzərində üçrəngli Azərbaycan bayrağının da konturları sezilir. Rusiya sülhməramlılarının bayraqları isə yalnız aşağıda- yolda, avtomobilin üzərində və yolun kənarındadır... 
Özümüzün – Qarabağdakı son hədəflərə çatmaq üçün dövlətimizin, xalqımızın, ordumuzun gücünə, qardaş və dostlarımızın dəstəyinə arxayın olaq, amma ehtiyatı da əldən verməyək...

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO