Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41529
az

Şoyqu Qarabağa yerləşdirilən sülhməramlılarla bağlı detalları AÇIQLADI

23:2113 Noyabr, 2020
493
  • A

"Hərbi-nəqliyyat aviasiyası üç gün ərzində Dağlıq Qarabağa 1100 nəfərdən çox rusiyalı sülhməramlı aparıb".

Oxu24.com TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinin Dağlıq Qarabağda humanitar məsələlərlə bağlı keçirdiyi onlayn görüşündə deyib:

"Üç sutka ərzində 73 təyyarə reysi həyata keçirilib, 1103 hərbçi, 168 texniki vasitə daşınıb. Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyası tərəfindən texnika və materialların daşınması "sutka ərzində 25 uçuş" göstəricisi ilə davam etdirilir".

Şoyqunun sözlərinə görə, Rusiya sülhməramlı missiyasının Dağlıq Qarabağdakı müşahidə məntəqələrinin yerləşdirilməsi şənbə günü başa çatacaq.

"Sülhməramlıların daha bir məntəqəsi Dağlıq Qarabağın şimalında yerləşdirilib. Sabah sözügedən ərazidə daha 8 postun yerləşdirilməsini başa çatdırmağı planlaşdırırıq", - deyə Şoyqu bildirib.

O əlavə edib ki, Xankəndi və Şuşada 4 müşahidə məntəqəsi quraşdırılıb: "Bu gün isə "Cənub" məsuliyyət zonasında müşahidə məntəqələrinin yerləşdirilməsi başa çatdırılacaq. Bu zonada ümumilikdə doqquz məntəqə olacaq".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin