“Azdarar.am” adlı sayt rəsmi olaraq bəyan edib ki, bu media qurumuna aid “Razm.info” adlı hərbyönümlü xəbərlər yayan portal qonşu dövlətlərin elektron mətbuatında yayılan materialların icmalını hazırlaması qarşılığında 2016-cı ildə 100 min rubl (1600 dollara yaxın) pul alıb.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar “forrights.am” saytında jurnalist Robert Ananyanın müəllifi olduğu yazı yerləşdirilib.
Yazıda deyilir ki, portal xəbərlərində davamlı olaraq, Türkiyə və Azərbaycanı “düşmən” adlandırırmış, peşəkar KİV isə bu ölkələri “rəqib” adlandırırlar.
“Əgər Rusiya pulları ilə dolanan ekspertlərə diqqət yetirsək, görərik ki, onların əsas məqsədi Ermənistan və Azərbaycan arasında düşmənçiliyin artırılmasıdır”, - o deyib. Oxu24.com
ŞƏRHLƏR