Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib. General-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.
ŞƏRHLƏR