Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
414
az

Beyləqanda DƏHŞƏT: 21 yaşlı gənci öldürüb evində basdırdı

15:2009 Aprel, 2018
1544
KRİMİNAL
  • A

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini 1979-cu il təvəllüdlü Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.


DİN-dən Oxu24.com-a  verilən xəbərə görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini 21 yaşlı Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti eksqumasiya edilib.


Qeyd edək ki, Kənan Məhərrəmov oktyabrın 19 axşam satlarında evdən çıxıb, geri qayıtmayıb. Kənan Məhərrəmov anası Radə Məhərrəmovanın sözlərinə görə, oğlu ruhi xəstə olsa da özünü idarə edə bilir. Evdə bütün işlərdə valideynlərinə kömək edirmiş. O, harda olsa evə vaxtında gəlirmiş. Dost -tanışları da olmayıb ki, onlarla bərabər olsun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı