Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41339
az

ABŞ-dan Türkiyəyə qarşı ŞOK ADDIM: Qarabağa görə...

20:1311 Noyabr, 2020
276
DÜNYA
  • A

ABŞ-ın “Xilinx” şirkəti Türkiyənin “Roketsan” raketləri üçün hissə tədarükünü dayandıracaq.

Publika.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Tara Simsin Amerikanın Erməni Milli Komitəsinin (ANCA) sorğusuna cavab olaraq verdiyi açıqlamada deyilir.

“Bu yaxınlarda “Xilinx” çiplərini daşıyan silahlı pilotsuz uçuş aparatlarından Dağlıq Qarabağda istifadə edildiyini öyrəndik.

Texnologiyamızın şiddət tətbiqində istifadəsinin qarşısını almaq üçün edə biləcəyimiz tədbirləri müəyyənləşdirməyə dair kompleks yoxlanışa başladıq. Araşdırmamızdan sonra səlahiyyətli distribütorlarımıza məhsullarımızın gələcəkdə bu cihazın yaradılmasında iştirak etdiyini müəyyənləşdirdiyimiz şirkətlərə tədarükünü dayandırmağı tapşırdıq”, - açıqlamada bildirilir.

Qeyd olunur ki, şirkətin məhsullarının tədarükü və paylanması ilə bağlı yoxlama artıq başlayıb.

“Roketsan” Ankarada yerləşən böyük silah istehsalçısı və müdafiə podratçısıdır. Şirkət 1988-ci ildə raket texnologiyasına dair milli sənaye bazası yaratmaq üçün Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi tərəfindən qurulub.

Xatırladaq ki, artıq 7 şirkət Türkiyənin “Bayraktar” PUA-ları üçün komponent tədarük etməkdən imtina edib. Bunlar “Garmin” (ABŞ), “Trimble Navigation” (ABŞ), “Vlasat” (ABŞ), “Northrop Grumman” (ABŞ), “Beringer Aero” (ABŞ, Böyük Britaniya), “Rotax 912” (Avstriya, Kanada) və “Wescam”dır (Kanada).

Məlumat üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələri sözügedən PUA-lardan yalnız Ermənistanın legitim hərbi hədəflərini zərərsizləşdirmək üçün istifadə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu şəhid verdi
Türkiyədə güclü zəlzələ oldu
Sumru Yavrucuk Bakıda monotamaşa ilə çıxış edəcək

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı