Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4124
az

"Tarif Şurasının qərarı normaldır" — Deputatdan qiymət artımına REAKSİYA

13:5231 İyul, 2018
3601
SİYASƏT
  • A
 Milli Məclisin deputatı Rüstəm Xəlilov Tarif Şurasının metro və avtobuslarda gediş haqqının artırılması ilə bağlı qərarına münasibət bildirib.

R.Xəlilov "Ölkə.Az"a açıqlamasında deyib ki, bu qərara normal yanaşmaq lazımdır:

"Burada şou yaratmağa ehtiyac yoxdur. Tarif Şurası baxıb, müzakirə edib və müvafiq qərar qəbul edib. Burada qeyri-adi nə isə yoxdur. Bir çox ölkələrdə bu cür qərarlar verilir".
Deputat sərnişindaşıma nəqliyyatında olan qiymət artımının digər sahələrə təsir göstərməyəcəyini söyləyib:

"Bu qərarın digər sahələrdə də qiymət artımına gətirəcəyi ilə bağlı səslənən fikirləri düzgün qəbul etmirəm. Bu cür düşünmək doğru deyil. Tarif Şurasının qərarı normaldır. Bu, dünyanın hər yerində olur. Eyni zamanda Azərbaycanda da ola bilər". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi