Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41237
az

Türk və rus ordusunun Azərbaycana gəlməsi o deməkdir ki, Qarabağ... - DETALLAR

16:0710 Noyabr, 2020
1566
  • A
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağ ilə bağlı hər hansı statusunun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir. Publika.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək: "Artıq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur". Millət vəkili deyib ki, digər tərəfdən, bölgəyə azsaylı Rusiya sülhməramlılarının gəlişi şimal qonşumuzun ölkəmizdə hərbi baza yaratması anlamına gəlməməlidir: "Eyni zamanda, bölgədə qardaş Türkiyə sülməramlıları da olacaq. Bu isə o deməkdir ki, Qarabağda Türkiyə də sülhün qarantı olacaq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynaya 72 pilotsuz təyyarə ilə hücum edildi
Rusiyaya PUA hücumu olub
Həqiqi hərbi xidmətə növbəti    çağırış     başlayıb

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu