Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41155
az

Müdafiə Nazirliyi gecə baş verən döyüşlərlə bağlı açıqlama yaydı

08:3509 Noyabr, 2020
1170
  • A
Noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Bu barədə Oxu24.com Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb. Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türk şirkəti Azərbaycanda zəlzələ riskini araşdıracaq
Ukraynada hərbi polis yaradılır
ABŞ Konqresi İsrailə hərbi yardıma qarşı çıxıb

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Faciəli şəkildə ölən dostlarla bağlı ürəkdağlayan fakt +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Qobustanda arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır