Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41149
az

Paşinyan Baydeni həm təbrik etdi, həm də ona Azərbaycandan ŞİKAYƏTLƏNDİ

23:3108 Noyabr, 2020
590
DÜNYA
  • A

Ermənistanın baş naziri Nikol Paşinyan Co Baydeni ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

  Paşinyanın Co Baydenə yazdığı uzun təbrik məktubunda həm də Azərbaycanla Türkiyədən şikayət yer alıb. Baş nazir bildirib ki, Azərbaycan Minsk qrupunun atəşkəslə bağlı tələblərini qulaqardına vurur…

Paşinyan eyni zamanda da xalqının adından bir xeyli yaltaqlanıb…

“Karyeranız boyunca siz erməni-amerikan dostluğunun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə vermisiniz. Erməni xalqı erməni soyqırımının tanınması və hüquqlarının qorunması ilə bağlı prinsipial mövqeyinizi yüksək qiymətləndirir. Əminəm ki, prezidentliyiniz dövründə Ermənistan-Amerika ikitərəfli münasibətləri ortaq demokratik dəyərlər dövlətlərimiz arasındakı strateji dialoq səviyyəsinə uyğun olaraq inkişaf etməyə davam edəcək.

Ermənistan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna böyük əhəmiyyət verir. Bildiyiniz kimi, bir aydan çoxdur ki, Azərbaycan və Türkiyə həmsədrlərin atəşkəs yaratmaq üçün göstərdikləri bütün səylərə məhəl qoymurlar. Ümid edirəm, müharibəni dayandırmaq və “Artsax xalqı”nın öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək təhlükəsizliyini təmin etməsinə əsaslanan məsələnin hərtərəfli həlli üçün fəal addımlar atacaqsınız”,-deyə N.Paşinyan Baydenə yazdığı məktubunda bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gerasimov Ukraynanın 300 nəfərdən çox itki verdiyini AÇIQLADI
Paris-2024: taekvondoçumuz finala yüksəldi -YENİLƏNDİ
Yunanıstanda zəlzələ oldu

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı