Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41053
az

Şuşaya “tələsən” ermənilər yoldaca məhv edildi

22:2406 Noyabr, 2020
724
DÜNYA
  • A

Azərbaycan Ordusunun Şuşa yaxınlığına çatması Ermənistanı qorxuya salıb.

Axar.az sosial şəbəkələrin erməni seqmentinə istinadla xəbər verir ki, böyük itkilərə məruz qalan erməni qüvvələri Şuşanın “hər şey” olduğunu dərk etdiyi üçün işğalda saxladığı digər ərazilərdə olan əsgərlərdən bir qismini Şuşa istiqamətinə göndərməyə qərar verib.

Erməni generalitetinin bu planına Azərbaycan Ordusu mane olub. Belə ki, ermənilər Ağdərə və Xocavənd istiqamətindəki qüvvələrin bir qismini Şuşaya keçirməyə cəhd ediblər. Bu zaman Azərbaycan Ordusu Şuşa istiqamətinə göndərilən qüvvələri məhv edib.

Maraqlıdır ki, bu məlumat Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərlə üst-üstə düşür. Nazirlik Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşınından ibarət hərbi kolonunun Ordumuz tərəfindən pusquya salınaraq tam məhv edildiyini açıqlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək
Rəisinin helikopterinin sərnişini iki dəfə mobil əlaqə saxlayıb