Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4102
az

Xanım Qafarovanın qızı Mahsunun filmində çəkiləcək

20:1630 İyul, 2018
1088
ŞOU-BİZNES
  • A
2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı, 11 yaşlı Gövhər Türkiyədə filmə çəkiləcək.

Oxu24.com yenicag.az-a istinadən xəbər verir ki, aktrisanın qızı Türkiyənin məşhur sənətçisi Mahsun Qırmızıgülün rejissoru olduğu "Mücize 2" filmində rol alacaq.

Filmin çəkilişlərinə sentyabrda start veriləcək.

Onun filmdə çəkilməsi "Palmali" Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub. İş adamı Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb.

Qeyd edək ki, "Mucize 1" filminin sujet xəttini 1960-cı ildə Mahir adlı bir müəllimin İzmirdən şərq rayonlarının birinə təyinat alması və burada üzləşdiyi hadisələr təşkil edir. Film fiziki məhdudiyyətli insanların həyata inteqrasiyasında yaranan çətinliklərdən bəhs edir. Məlumata görə, "Mucize 2" filmi birinci filmdəki hadisələrdən yeddi il sonra baş vermiş əhvalatla bağlı olacaq. Filmdə Əziz adlı fiziki məhdudiyyətli bir gəncin Mahir müəllim sayəsində dəyişən həyatı və bu istiqamətdə yaşanan digər hadisələrə işıq salınacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü