"Beynəlxalq humanitar hüququn prinsiplərinə ciddi riayət edilərək yalnız legitim obyektlərə atəş açılır".
Oxu24.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
"Ordumuza qarşı asimmetrik müharibə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən cəbhənin dərinliklərində belə aşkarlanır və darmadağın edilir. Dağlarda, meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri bağçalar, məktəblər və digər mülki obyektlərdə gizlənən düşmənə qarşı mübarizə aparır", - o qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR