Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40801
az

Quba sakini qızını boğaraq öldürüb

10:3401 Noyabr, 2020
516
KRİMİNAL
  • A
Oktyabrın 31-də saat 21.00 radələrində Quba rayonu, Barlı kənd sakini 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Quba rayon prokurorluğundan APA-ya bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu
Hacıqabulda traktorla maşın toqquşdu- Xəsarət alanlar var (FOTOLAR)
Pirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı- FOTOLAR

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu