Bu gün Nərimanov rayonu “Gənclik” metrostansiyasının çıxışında 26 nömrəli muntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna hücum olub.
Oxu24.com xəbər verir ki, bu barədə Musavat.com-a hadisə şahidi məlumat verib. Şahidlərin sözlərinə görə, əqli qüsurlu bir kişi daşla avtobusun şüşəsini sındırıb.
Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan da olub.
Oxu24.com
ŞƏRHLƏR