Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
407
az

Hamilə qadını işdən çıxarmaq olarmı? - QANUN

11:3509 Aprel, 2018
1716
HÜQUQ
  • A
Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfəki mövzumuz hamiləlik dövründə işdən azad olunan qadınlarla bağlıdır. Redaksiyamıza müraciət edən Aysel Vəliyeva bu sualları ünvanlayıb:
Analıq məzuniyyəti hüququ çatmış hamilə qadını müəssisə rəhbərliyi işdən azad edə bilərmi? Əgər edə bilərsə, bu hansı hallarda mümkündürmü?

Qeyd edək ki, qadın hələ dekretə çıxmayıb, bülletendə də deyil.

Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə görə, hamilə qadınların işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu halda onun sosial məzuniyyətdə olub-olmamasının fərqi yoxdur. Yalnız iki halda hamilə qadınla bağlanmış müqavilə ləğv edilə bilər:

1. Müəssisə ləğv edildikdə;
2. Əmək müqaviləsinin müddəti bitdikdə.

Əmək Məcəlləsində bu hal bütün hamilə qadınlar nəzərdə tutulub. Hamiləliyin hansı ayında olması fərqləndirilmir.

Ümumiyyətlə, 3 yaşına kimi uşağı olan qadınları da yuxarıda qeyd edilən əsaslar olmadan işdən azad etmək olmaz. Hətta müddətli əmək müqaviləsinin müddəti bitdiyi anda işçi məzuniyyətdə olarsa, onun əmək müqaviləsinə işə çıxdıqdan sonra 1 həftə ərzində xitam verilə bilər.

Əgər müəssisə rəhbərliyi qanunvericiliyinin tələblərini pozarsa, məsuliyyətə cəlb oluna bilər. Cinayət Məcəlləsinin 164-cü maddəsində göstərilir ki, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə, onunla əmək müqaviləsini əsassız ləğv etmə iki min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılır.

Bu halla bağlı İnzibati Xətalar Məcəlləsində də müddəa var. Hamilə qadın bu müddəa ilə qarşı tərəfdən təzminat tələb edə bilər. İXM-in 192.6 maddəsində qeyd edilir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Belə hallarda həm Əmək müfəttişliyinə, həm də məhkəməyə müraciət etmək olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentdən yeni hakim təyinatı
“Bəzi özəl qurumlar işçiləri qovurdu, dövlət öz addımını atdı”
Hamilə qadını işdən çıxarmaq olarmı? - QANUN

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”