Sumqayıtda 26 yaşlı gənc intihar edib.
Oxu24.com xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, Ulduz abidəsinin yaxınlığında baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Cahangirov Asiman Cavadxan oğlu Ulduz abidəsinin arxasında olan ağaclıqda özünü kəndirlə asaraq öldürüb. Gəncin meyidi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək, aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR