Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40473
az

Bakıda onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıblar

13:1224 Oktyabr, 2020
479
KRİMİNAL
  • A
Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini N. Əhmədova saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif xassəli narkotik vasitələr aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq N. Əhmədovaya onlayn yolla narkotik vasitələr satan, paytaxt sakini Ruslan Şeyxov da saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilib. Onun yaşadığı mənzilə baxış zamanı 4 ədəd bağlamada və 17 ədəd kibrit qutusunda ümumi çəkisi 6 kiloqram 8 qram olan narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda narkotik vasitənin satışını təşkil etmək istəyiblər. Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı
Həbsdə olan oğluna psixotrop maddə keçirmək istəyən ana saxlanıldı
Polis Nərimanovda əməliyyat keçirdi: Həbs edilənlər var (VİDEO)

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı