Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4034
az

28 iyul Ümumdünya Hepatit Günü - Hepatit xəstələri üçün yeni bioloji müalicə metodları

11:2328 İyul, 2018
967
DÜNYA
  • A
 Qaraciyərin iltihabi zədələnməsinin əsas səbəbi hepatit virusları hesab olunsa da, alkoqol, qida maddələri, kimyəvi dərmanlar, narkotik maddələr də zədələyici təsirə malikdir.

Oxu24.com xəbər verir ki, Hepatit virusları dinamik dəyişən viruslara aiddir. Çox az xəstələrdə o özünü aqressiv biruzə verir. Qaraciyərin iltihabı müalicə oluna bilər, lakin xroniki formaya, daha sonra sirroza keçə bilər.

Qaraciyərin virus mənşəli iltihabının 50%nə A virusu səbəb olur. Bu xəstələrdə proqnoz yaxşı olur.
Hepatit C birbaşa qaraciyər hüceyrələrini dağıdır.
Hepatit B-də ehtimal edilir ki, virus birbaşa qaraciyər hüceyrəsini zədələmir, lakin yoluxmuş hüceyrələr autoimmun reaksiya nəticəsində zədələnir.
Virusların orqanizmə hücumu heç də həmişə xəstəlik demək deyil. Orqanizmin müdafiə və tənzimləyici imkanları yüksək olduqda xəstəliyin kliniki simptomları və əlamətləri özünü biruzə vermir, belə ki, biz xəstəliyi illərlə kompensasiya edə bilərik.

Toksiki yüklənmə, turşuluğun artması, stress, elektromaqnit şüalanma, qida allergiyası kimi faktorlar orqanizmin tənzimləyici imkanlarını azaldır.
Xəstəlik təkcə səbəb nəzərə alınaraq müalicə olunmamalıdır, insana bütövlükdə yanaşılmalıdır. Alman alimi Enderlayn deyirdi: Müasir təbabət xəstəliklər haqqında çox şeyi bilir, lakin həyat haqqında heç nəyi bilmir. Həyati sualların cavabı təbabətdə yox, biologiyadadır”.
Ona görə hepatitə şübhə olduqda birinci xəstənin anamnezini toplamaq lazımdır. Pasiyentin həyat tərzini aydınlaşdırmaq, məruz qaldığı yüklənməni və qidalanma vərdişlərini aşkar etməkdən başlamaq lazımdır.

Xroniki hepatitlərin səbəbləri:
-Antibiotiklər
-Ağır metallarla intoksikasiya
-Mikroelement çatışmazlığı
-Uzunmüddətli stress
-Dişlərdə infeksiya
-Bağırsaq pozulmaları
-Konservantlı zərərli qida
-Yağ metobolizminin pozulması

Dəqiq laborator və texniki analizlərdən müayinələrdən sonra hepatit virusu təsdiqlənirsə, bioloji təbabətlə müalicəyə başlanılır.
Istənilən hepatitin müalicəsi qaraciyər hüceyrələrinin metobolizminin yaxşılaşdırılması ilə başlayır.  Sağ qabırğaaltı seqmentinə həftədə 1 dəfə nevral terapiya aparılır.


➡️ Hepatit-in müalicəsində istifadə edilən kimyəvi dərmanların yan təsirləri, adətən, müalicəni dayandırmağa və ya fasilə verməyə məcbur edir ki, bu da müalicənin nəticəsinə mənfi təsir edir və davamlı virusoloji cavab əldə etmək mümkün olmur.

➡️ Biotənzimləyici preparatlar orqanların fizioloji funksiyasını bərpa edərək, orqanizmi toksinlərdən və istifadə olunan kimyəvi dərmanların yan təsirlərindən azad edir, qaraciyərə bərpaedici təsir göstərməklə müalicənin uğurla başa çatmasına səbəb olur.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü