Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4024
az

Yad kişilər qaçırmasın deyə özlərini bu hala salırlar – Fotolar

22:3227 İyul, 2018
1374
DÜNYA
  • A
İnsan bədənini eybəcərləşdirən təcrübələr əsasən inkişafdan qalmış qəbilələrdə mövcuddur. Müxtəlif tatular, çapıqlar, kəsiklər bu xalqların əsas atributları sayılır.

Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, Hindistan ərazisində yerləşən Apatani qadınları burunlarının üstünə hər iki tərəfdən böyük deşiklər açdırır, alınlarına isə qəribə tatular döydürürlər.
Antropoloqların dediyinə görə bu qəbilənin kökü Tibetdən gəlir. Cəmi 26 min əhalisi olan Apatani xalqı olduqca sülhsevərdir. Əsasən əkinçilik və maldarlıqla məşğul olurlar. Onlar Günəş və Ay tanrısına səcdə edirlər.

Apatani qadınları tarixən öz gözəllikləri ilə fərqləniblər. Yad kişilər onları özləri ilə aparmasınlar deyə burunlarına böyük deşiklər açdırıb, içərisinə dairəvi dəmir taxıblar. Alınlarına isə fotolardan göründüyü kimi qəribə tatular döydürüblər. 1970-ci ildə Hindistan hakimiyyəti bu qəribə ayini yerinə yetirməyə qadağa qoydu. Buna baxmayaraq, yaşlı nəslin nümayəndələri hələ də belə əcaib halda yaşayırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...
Dayanacaqda qumbara tapıldı, ərazi mühasirəyə alındı - Moskvada

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib