Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4022
az

Göyçayda güclü yanğın: 5 rayondan yanğınsöndürənlər cəlb edildi

20:3227 İyul, 2018
1083
KRİMİNAL
  • A
Göyçayda güclü yanğın baş verib.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər "Gilan Holdinq"ə məxsus 110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir. Alovun qarşısının alınması üçün tədbirlər görülür. Yanğının söndürülməsinə 5 rayondan yanğınsöndürənlər cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO