Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40183
az

Həyat yoldaşı cəbhədə olan məşhur aparıcı verilişdə kövrəldi - VİDEO

09:1315 Oktyabr, 2020
658
QARABAĞ
  • A

Tanınmış aparıcı Yelena Sidorenko Xəzər TV-də yayımlanan "Vaxtı gəldi" verilişində qonaq olub.

Oxu24.com big.az-a istinadən bildirir ki, Yelena veriliş zamanı həyat yoldaşının cəbhəyə getməsindən danışıb. O, həyat yoldaşını yola salarkən keçirdiyi hisslərdən danışanda hönkür-hönkür ağlayıb:

"Yola salanda düşünmürsən necə yola saldığını. Söz vermişdim ki, ağlamayacam. Bir neçə həftədir ki, istənilən hərbi formada insan görəndə mən rahat ola bilmirəm. Ona görə yox ki, mənim yoldaşım ordadır. Ona görə ki, hamının oğlu, atası, qardaşı ordadır. Ona görə yox ki, biz onlardan ötrü qorxuruq. Allah onları özü qoruyur. Mən ona əminəm. Əgər Allah kiməsə o imkanı verirsə ki, o, şəhid olur ondan gözəl nə ola bilər ki?!

Lakin insani hisslərimiz var ki, çətindir. Darıxırıq... Mənim bir yaş səkkiz aylıq qızım var. O, hər gün soruşur ata hardadır? Ata niyə məni qucağına almır? Atası da hər gün zəng vuranda sorusur qızım neynir? Necədi? Mən bilirəm ki, onlar da bizdən narahatdır. Ona görə mən onla danışanda narahat olduğumu, darıxdığımı bildirmirəm. Neçənci efirdi ki, çalışıram özümü saxlayım. Çünki o, gəlib bu efirlərə baxacaq. Bəli, biz güclüyük. Onlar torpaqlarımızı almamış gəlməyəcək. İnşallah ki, hamsı sağ-salamat qayıdacaqlar. Hər gün səhər ona bir mesaj yazıram ki, salamat çıxdığına görə mənə bir mesaj yaz. O mesajı alanda dünyanın xoşbəxti oluram. Burdan bütün yaxını cəbhədə olanlara demək istəyirəm ki, necə ki, mən qorxmuram, necə ki, mən fəxr edirəm yoldaşımla eynilə sizin atalarınızla, oğlunuzla fəxr edirəm".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO