Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4016
az

32 yaşlı oğlan əqli qüsurlu qızın BAKİRƏLİYİNİ POZDU, SONRA... - Sözləri dəhşətə gətirdi

18:5927 İyul, 2018
1517
KRİMİNAL
  • A
32 yaşlı kişi (E.B.) əqli qüsurlu olan 25 yaşlı qıza (Y.Ö.) təcavüz edərək onun bakirəliyini pozub. Qanaxması olduğunu görəndə isə qızın cinsiyyət orqanına uşaq paltarı qoyaraq onu evlərinə göndərib.
Publika.az xəbər verir ki, bu qandonduran hadisə Türkiyənin İzmir şəhərində baş verib.
Hadisənin ən dəhşətli tərəfi isə təcavüz edən şəxsin qızın əqli qüsurlu olmasını bilməsidir.
O, bu barədə məhkəmədə etiraf edib:
“Əqli qüsurlu olduğunu bilirdim. Ancaq zehni qüsurunun bu səviyyədə olduğunu bilmirdim. O, mənə “biz səninlə onsuz da evlənəcəyik, sənin həyat yoldaşın olmaq istəyirəm”, - dedi. Mən də evlənəcəyimiz üçün onunla birlikdə olmağa qərar verdim. Mən onu zorlamamamışam”.
Bu ifadəni eşidən qız isə çox böyük sarsıntı keçirib və əsəbiləşib. O, məhkəmə salonundan çıxarılıb.
Məhkəmədə ifadə verən qızın anası isə övladının xəstə olduğu üçün onlara getdiklərini və qızının balıq almaq üçün evdən çıxdığını deyib:
“Qızım geri qayıdanda qəribə davranırdı. Nə olduğunu soruşanda maşın vurduğunu dedi. Bu zaman qanaxmasının olduğunu gördüm, cinsiyyət orqanına uşaq paltarı qoyulmuşdu. Qızı həkimə apardım, sonra da polisə məlumat verdik. Mənim qızın əqli qüsurludur. Heç zaman onun evlənməsinə razı olmaram. Bu adama ən ağır cəza verilməsini istəyirəm”, - deyə ifadəsində bildirib.
Mütəxəssislər qızın danışacaq və ya belə hallarda özünü müdafiə edəcək vəziyyətdə olmadığını deyib. Təcavüz edən şəxsə 18 il həbs cəzası verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda mənzildən kişi meyiti aşkarlandı
Tibb bacısı ağzı "skoç"la bağlandığı üçün ölübmüş -FOTO
Xaçmazda avtomobillər toqquşdu: xəsarət alanlar var


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Narkokuryerlikdə şübhəli bilinən qadın saxlanıldı