Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40103
az

Şuşanın qərargah bayrağı Masallıdadır - VİDEO

23:3712 Oktyabr, 2020
601
QARABAĞ
  • A

Vaxtilə Şuşa şəhərinin qərargahında saxlanılan bayraq hazırda Masallı rayonunda qorunur.
"Oxu24.com" report-a istinadən bildirir ki, Şuşa şəhərindən gətirilən, 1-ci Qarabağ Müharibəsinin şanlı yadigarı olan bu bayraq 20 il əvvəl Masallı rayonunun Xırmandalı kəndinə gətirilib.

Bayraq kənd sakini Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə olunub və onun yaratdığı muzeydə qorunan 800-ə yaxın eksponatlar sırasında ən qürurvericisidir.

Xırmandalı kənd sakini Əmirəli Yaqubov Xırmandalı Kənd Yaradıcılıq Evinin bədii rəhbəridir. Ə.Yaqubovun yaratdığı muzeydəki fotostendlərdə Böyük Vətən Müharibəsində həyatını itirən, eyni zamanda 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olanlar haqqında məlumatlar və onların medalları var.

Ə.Yaqubovun sözlərinə görə, dostu tərəfindən verilən bu bayrağı Şuşada dalğalandırmaq onun yeganə arzusudur.

Qeyd edək ki, 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə zabitimizin qoruyub saxladığı bu şanlı bayraq indi də çağırışçılar və könüllü olaraq cəbhəyə döyüşməyə gedənlərin ziyarət etdikləri məkandır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb