Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4007
az

Qızına qarşı seksual hərəkətlər etdi, sonra azərbaycanlı sevgilisini öldürdü

09:5727 İyul, 2018
1041
KRİMİNAL
  • A
 İİyulun 24-də Türkiyənin Konya vilayətinin Karatay rayonunda sevgilisi, 50 yaşlı Azərbaycan əsilli Saibə Yüksəliri öldürməkdə ittiham olunan 46 yaşlı kolleksioner Rahim A. ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Oxu24.com xəbər verir ki, məlumatlarda hadisədən bir gün əvvəl Rahimin Saibənin 14 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etdiyi bildirilib.

Yeniyetmə qız hadisə baş verən günü polisə gedərək, faktla bağlı şikayət edib.

Xatırladaq ki, bir neçə gün əvvəl üç uşaq anası və həyat yoldaşından boşanmış Saibə Rahimin iş yerinə gəlib. O, sevgilisindən arvadını boşamağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib.

Rahim iyulun 24-də avtomobili ilə iş yerinə gəldiyi vaxt tapança ilə Saibəyə səkkiz dəfə atəş açıb və onu maşından ataraq, hadisə yerindən qaçıb. Saibə Yüksəlir isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Rahim A. 2001-ci ildə iki nəfəri öldürmüş və 12 il həbsxana həyatı yaşadıqdan sonra şərti azadlığa çıxmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda mənzildən kişi meyiti aşkarlandı
Tibb bacısı ağzı "skoç"la bağlandığı üçün ölübmüş -FOTO
Xaçmazda avtomobillər toqquşdu: xəsarət alanlar var


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Narkokuryerlikdə şübhəli bilinən qadın saxlanıldı