Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4005
az

Bakıda taksi beş avtomobilə çırpılaraq aşdı: xəsarət alanlar var

09:4427 İyul, 2018
1111
KRİMİNAL
  • A
 Sabunçu rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib, iki nəfər xəsarət alıb.


Oxu24.com "Report"a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsinə gedən yolda qeydə alınıb.


Belə ki, 90 PS 889 dövlət qeydiyyat nişanlı "Changan" avtomobili idarə edən 34 yaşlı Tural Abdullayev sərt döngədə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Nəticədə onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilin sol təkəri səkiyə dəyərək qırılıb. Avtomobil yol kənarında dayanan "Toyoto" , "Nissan" , "Vaz 21011" , "Azsamand" və "BMW" markalı avtomobillərə çırpılıb. T. Abdullayevin idarə etməsindən çıxan "Changan" daha sonra bir neçə dövrə vuraraq aşıb.


Yol nəqliyyat hadisəsi zamanı "Changan" markalı avtomobilin sürücüsü T.Abdullayev və sərnişini 28 yaşlı Babək Hüseynovağır bədən xəsarətləri alıb.


Hadisə şahidlərinin köməkliyi ilə hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Baş vermiş qəza ilə bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə zamanı zərər dəymiş avtomobillər araşdırmalar bitənədək cərimə meydançasına yerləşdirilib.


Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəsimidə 1 nəfər intihara cəhd etdi
Bakıda mənzildən kişi meyiti aşkarlandı
Tibb bacısı ağzı "skoç"la bağlandığı üçün ölübmüş -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Binəqədidə telefon oğurlayan şəxs saxlanıldı