Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39981
az

Təcili xəbər! Türkiyə Minsk Qrupuna üzv ola bilər

16:0710 Oktyabr, 2020
1366
SİYASƏT
  • A
“Qardaş Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi artıq masadadır”. APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak edir: “İndiki yaranmış reallıqda biz qardaş Türkiyə daha böyük əzmlə proseslərdə aktiv iştirak etməsini gözləyirik. Türkiyə regionda qonşu ölkədir. Cənubi Qafqaz regionunda baş verən gərginliklər Türkiyəni də ciddi narahat etməkdədir. Qardaş Türkiyə bu regionda davamlı sülhün təmin edilməsində öz səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də Minsk Qrupu formatını dəstəkləyəcək digər formatlar çərçivəsində qardaş Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə olaraq bu prosesdə yaxından iştirakı gözlənilir. Əminik ki, Türkiyə də bu prosesə əsaslı töhfəsini verəcək. Nəhayət ki, regionda davamlı sülh və təhlükəsizlik təmin olunsun. O mənada ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxsın. Bu bütün region dövlətlərinin marağında olan məsələdir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır. Təəssüf ki, bu günə qədər bunu anlamırlar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynadan Türkmənistana ŞOK ÇAĞIRIŞ -Putin Aşqabada gələndə...
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"
Prezident sərəncam imzaladı

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda skuterin GPS-i oğurlandı