Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

XƏBƏR LENTİ

27 Sentyabr 2024
Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşdü -FOTO
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq
26 Sentyabr 2024
“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA

""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI
Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi oldu -FOTO
Qızıl yeni rekorda imza atdı, gümüş isə KƏSKİN BAHALAŞDI
Dopinq testinə görə rüşvət verən idmançıya belə CƏZA KƏSİLDİ
Azərbaycan və Ermənistan RAZILIĞA GƏLDİLƏR: Sülh Sazişi üçün... -FOTO/YENİLƏNDİ
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ -Tramp inciyə bilər
Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI -FOTO
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: bunu bilməsəniz...
Prezident Anım Günü ilə bağlı paylaşım etdi -FOTO
Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib
BÜTÜN XƏBƏRLƏR
39947
az

Ermənilər Gürcüstanın Samtsxe-Cavaxeti regionundan sui-istifadə edir

09:1810 Oktyabr, 2020
391
DÜNYA
  • A

2020-ci ilin oktyabrın 6-da tehnowar.ru [1] saytının yayımladığı məqalədə ermənilərin növbəti təxribatı öz əksini tapır. Belə ki, Dağlıq Qarabağdakı hazırkı hərbi vəziyyətin kəskinləşməsindən sui-istifadə edən, o cümlədən, Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki separatçı əhval-ruhiyyəni qızışdıran ermənilər Gürcüstanın cənub bölgələrində - Axalkələk və Ninotsminda bölgələrində “təcavüzkar separatizmə dəstək mərkəzi”ni yaratmağa çalışırlar. Ona görə də ermənilər hərbi əməliyyatlar başlanan andan Axalkələk və Ninotsminda şəhərlərinin mərkəzindən erməni qoşunlarının tərkibində iştirak etmələri üçün yerli əhalinin qeydiyyatını aparmağa başlamışlar. Öz çirkin məqsədlərindən ötrü əsgərlərin yığılmasına dair elanı isə ermənilər - “Cavakx Media”da, feysbuk səhifələrində və nor.ge saytında yerləşdirmişlər.
Qeyd etmək lazımdır ki, ermənilərin öz hərbi əməliyyatları üçün əhalini toplamağa cəhd göstərməsi birbaşa olaraq Gürcüstan qanunvericiliyinin pozulması deməkdir. Belə ki, cinayət məcəlləsi, yaraqlıların və muzdluların Sakartvelo hüdudlarından kənarda işə cəlb edilməsini qadağan edir. Başqa sözlə desək, bu cinayət əməli hesab olunur və ona görə də belə bir halda ermənilər birmənalı olaraq ədalət məhkəməsində mühakimə olunmalıdırlar.
Faktiki olaraq, Gürcüstan ərazisində, ermənilər tərəfindən onların maraqlarına uyğun fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr yaradılır ki, bunlar da Gürcüstanın maraqlarına ziddir. Çünki Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir və hər iki ölkə arasındakı sıx dostluq əlaqələri günü bu gün də davam edir. Bu məqamda onu xatırlatmaq istəyirik ki, Gürcüstan hökumətinin öz ərazisindən Ermənistana silah ötürülməsinə icazə verməməsi və buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin [2] Gürcüstan hökumətinə öz minnətdarlığını bildirməsi, ermənilərin müxtəlif təxribatlarına baxmayaraq, hər iki ölkə arasında möhkəm dostluq əlaqələrinin olduğunu bir daha sübut edir.
Özgə torpaqlarında məskunlaşaraq özlərini “ev sahibi” qələmə verməyə çalışan ermənilər nəinki gürcülərə qarşı, bu torpaqlarda yaşayan həmyerlilərimizə qarşı da təxribatlar törədirlər. Bu baxımdan Sakartveloda yaşayan azərbaycanlıları da misal olaraq göstərmək olar. Ermənilər onlara aid olmayan əraziləri işğal etmək üçün “könüllülər” adı ilə maskalanan və həmçinin, xarici ölkələrdə də təxribatçılıq fəaliyyətlərini yerinə yetirən erməni terror qruplarından istifadə edirlər. Ermənilər bir qayda olaraq öz məqsədlərini həyata keçirməkdən ötrü silahsız mülki əhaliyə atəş açmaqdan, evlərini dağıtmaqdan çəkinmirlər. Buna sübut olaraq ermənilərin bu gün azərbaycanlıların yaşadığı Gəncə və Beyləqan [3], o cümlədən, Mingəçevir [4] və Goranboy [5] rayonlarını raket hücumlarına məruz qoymasını göstərmək olar. Ermənistanın əslində terrorçu dövlət olması dünya mətbuatının diqqətindən də kənarda qalmır. Belə ki, Ermənistanın Gəncəni raket atəşinə tutması, Böyük Britaniyanın “The London Post” [6] informasiya agentliyinin verdiyi məlumatda da öz əksini tapır.
Erməni KİV-ləri günü bu gün də informasiya sahəsində fəal şəkildə dezinformasiyalar yayırlar. Ermənilər sosial şəbəkələrdə azərbaycanlıların və gürcülərin adından saxta hesablar açaraq, yalan məlumatlar yayaraq, həmçinin, erməni yönümlü məqalələr dərc edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.
Ermənilərin gürcülərə və azərbaycanlılara qarşı təxribatına sübut olaraq – tehnowar.ru saytında yayımlanan məqalədə Karen Oqanesyan adlı erməninin mövqeyini göstərmək olar. Karen Oqanesyan fikrini bu cür bildirir: “Hesab edirəm ki, vaxt gəlib çatmışdır. “Cavaxk” ayağa qalxıb Gürcüstandan ayrılmalı və öz müstəqilliyini elan etməlidir. “Azərbaycanın təcavüzü” zamanı Gürcüstanın Ermənistana qarşı həyata keçirdiyi qeyri-dost hərəkətlərinə cavab olaraq onun ərazisi ilə çəkilmiş dəmir-yol xətləri və boru kəmərləri nəzarət altına alınmalıdır. Dünyanın bütün erməniləri, Türkiyə və Azərbaycanın bütün əmlakının tammiqyaslı şəkildə məhvinə başlamalıdırlar. Bu, “bizim soyqırımımız”ın və “bizə qarşı olunan təcavüz”ün cavabı olacaqdır. Türklərlə və ya azərilərlə biznes münasibətlərinə cəlb olunmuş ermənilər bu münasibətləri dərhal dayandırmalıdırlar. Ermənilər Yaxın Şərqdə və Kiçik Asiyada terror yuvası olan bu dəhşətli ölkənin iqtisadiyyatını zəiflətmək üçün çalışmalıdırlar”. Karen Oqanesyan həmçinin fikrinə onu da əlavə edir ki, guya “Türkiyə və Azərbaycan, investisiyalarının Gürcüstan müəssisələrinə gəlməsini bəhanə edərək, bu müəssisələrə qarşı “terror aktlarını və təxribatlarını həyata keçirmək istəyirlər” ki, bu da Gürcüstanın “bütün enerji infrastrukturunun iflicinə” səbəb olacaqdır”.
Karen Oqanesyanın mövqeyindən də göründüyü kimi, ermənilər Samtsxe-Cavaxetidə separatçılıq əhval-ruhiyyəsini qızışdırmaqla burada üsyan təşkil etməyə, hakimiyyəti və bu bölgədən keçən strateji əhəmiyyətli tranzit yollarını ələ keçirməyə, bununla da Samtsxe-Cavaxetini “Cavaxk” adı altında Gürcüstandan ayırmağa və mənimsəməyə çalışırlar. Ermənilər dinc əhaliyə qarşı öz məkrli niyyətlərini həyata keçirə bilmək üçün müxtəlif yollardan istifadə edirlər. Burada isə əsl məqsədləri ermənilərə dəstək olmaqdan, ərazilərinin sayını çoxaltmaqdan və beləliklə də heç bir tarixi əsası olmayan “Böyük Ermənistan” xülyasını həyata keçirməkdən ibarətdir. Bu baxımdan Samtsxe-Cavaxetidəki separatçı ermənilərin, Ermənistana dəstək üçün “Arsax” adlandırdıqları - bizim Dağlıq Qarabağa Axalkələk vasitəsilə maşınlarla müxtəlif qida məhsullarını və şinləri göndərməsini [7] sübut olaraq göstərmək olar.
Ermənistan özü işğalçı dövlət olduğu halda, Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışır. Lakin hamıya məlumdur ki, namərd ermənilərdən fərqli olaraq Azərbaycan ordusu mülki əhaliyə qətiyyən atəş açmır [8]. Ermənilərin azərbaycanlara və türklərə qarşı saysız-hesabsız böhtanları isə sözsüz ki, məqsədyönlü qarayaxma kampaniyasından başqa bir şey deyildir. Ermənistanın öz iqtisadiyyatının bərbad vəziyyətdə olmasına görə bu gün ermənilər Azərbaycanın güclü iqtisadiyyatının, həmçinin Gürcüstanla yüksək səviyyədə dostluq və əməkdaşlıq əlaqələrinin olması ilə barışa bilmirlər.

Ədəbiyyat siyahısı:
1. Вербовка бойцов в Самцхе-Джавахети, призыв армянских националистов к войне с Грузией /06.10.2020/
//tehnowar.ru/174534-verbovka-bojcov-v-samche-dzhavaheti-prizyv-armjanskih-nacionalistov-k-vojne-s-gruziej.html
2. Ильхам Алиев - Грузия не позволила перевозить через свою территорию оружие в Армению, хочу выразить признательность правительству Грузии за это /21.09.2020 /
//1tv.ge/ru/news/ilkham-aliev-gruzija-ne-pozvolila-perevozit-cherez-svoju-territoriju-oruzhie-v-armeniju-khochu-vyrazit-priznatelnost-pravitelstvu-gruzii-za-jeto/
3. Ermənilər Gəncə və Beyləqanı növbəti dəfə raket atəşinə tutub –Prokurorluq 
4. Ermənilərin atdığı raketlərdən biri Mingəçevir istilik elektrik stansiyasının qarşısına düşüb /05.10.2020/
//www.baymedia.az/news/incident/21850.html
5. Ermənilərin Goranboyu raket atəşinə tutması nəticəsində bir nəfər ölüb /08.10.2020/ //qaziler.az/news.php?id=89724#.X37mBGhKjIU
6. Ermənilərin Gəncəni raket atəşinə tutması Britaniya mətbuatında /05.10.2020/ //nuhcixan.az/news/siyaset/35213-ermenilerin-genceni-raket-atesine-tutmasi-britaniya-metbuatinda
7. Из Джавахети отправляют покрышки и продукты питания в Карабах /28.09.2020/ //jnews.ge/?p=58731
8. Azərbaycan Ordusu mülki əhaliyə qətiyyən atəş açmır /04.10.2020/
//m.cebhe.info/-azerbaycan-ordusu-mulki-ehaliye-qetiyyen-ates-acmir--237636

Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq institutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq