Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada itkin düşən çobanın meyiti tapıldı

KRİMİNAL

1235

26.07.2018, 17:18

\"\" Zaqatalada itkin düşən çobanın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub. Hazırda Qurban İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.