Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39925
az

Prezident: "Azərbaycanda təkcə türk silahları yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var"

21:5609 Oktyabr, 2020
368
HƏRBİ
  • A

"Azərbaycanda təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları var. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq".

Oxu24.com -un məlumatına görə, Prezident İlham Əliyev bu barədə “CNN International” televiziya kanalına müsahibəsində danışıb.

Dövlət başçısı daha sonra aparıcının F-16 qırıcı təyyarələri ilə bağlı sualını cavablandıraraq deyib: “F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər”.

Hərbi əməliyyatlarda F-16 təyyarələrinin istifadə olunmamasını birmənalı şəkildə təsdiqləyən Azərbaycan Prezidenti müsahibəsində bununla bağlı bir erməni feyk xəbərindən də danışıb. “Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələri buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın raketi azalıb
Ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat    qaydası      dəyişir
Əsgərlik yaşı ilə bağlı layihə son     oxunuşdan      keçdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır