Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3990
az

“Mesaj yazıb ki…” - Ağdaşda özünü asan gəlinlə bağlı ŞOK TƏFƏRRÜAT

14:0626 İyul, 2018
1152
KRİMİNAL
  • A
 Ağdaş rayonunda baş verən intihar hadisəsi - 20 yaşlı Osmanlı İnci İslam qızının ölümü ilə bağlı müəyyən məqamlar üzə çıxıb.

Oxu24.com xəbər verir ki, hadisənin baş verdiyi rayonun Güvəkənd kənd bələdiyyəsinin icra rəsmisi Nizami Nuhov yenicag.az-a açıqlamasında intiharla bağlı danışıb:

"Özünü asan gəlin çox cavan idi, yetkinlik yaşına çatmamış ailə qurmuşdu. İki yaşlı oğlunu da gözə almayıb, damda özünü asdı. Qadının anası deyib ki, qızı Rusiyaya işləməyə gedən ərinin kəndə qayıtmasını istəyirmiş. Hətta ona mesaj da yazıbmış. Guya o geri dönmədiyi üçün özünə qəsd edib. Amma onun telefonunu yoxladıq, bir dənə də olsun mesaj yox idi. Günorta saat 3-də toyuq damına girərək kəndirlə özünü asıb. Evin digər gəlini qapını açanda onun özünü asdığını görüb. Kəndirdən sallanan qadını yerə qoyanda ağzından köpük gəldiyini görüb. Ürəyi hələ döyünürmüş. Təcili tibbi yardım çağırıblar, xəstəxanaya çatdırıblar. Amma mən həkimlə danışdım, o dedi ki, gəlin xəstəxanaya çatmamış canını tapşırıb".

İcra rəsmisi intihar edən İnci Osmanlının həyat yoldaşının Rusiyadan qayıtdığını bildirib: "Qadının əri Taleh Rusiyadan qayıdanda artıq həyat yoldaşını dəfn etmişdilər. O yazıq da and-aman etdi ki, həyat yoldaşı onun kəndə qayıtması üçün bir kəlmə də olsun ona heç nə deməyib. Deyir, ona desəydi, kəndə qayıdardı. Telefonunu göstərdi, bir dənə mesaj görmədik". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU