Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39711
az

Gürcüstandan Ermənistana daha bir qadağa - İrəvanda böhran

09:1606 Oktyabr, 2020
449
DÜNYA
  • A

Gürcüstandan Ermənistana yanacaq daşıyan qatarların hərəkətinə qadağa qoyulub.

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Müharibə günlərində qonşumuz Gürcüstan Ermənistana qarşı çox qəribə bir davranış nümayiş etdirir. Bir tərəfdən həm Azərbaycana, həm də Ermənistana verilən hərbi yüklərin Gürcüstan ərazisindən keçməsini qadağan edir, digər tərəfdən İsrail təyyarələrinin (çox güman ki, silah-sursat daşıyır – “Hraparak”) Gürcüstan ərazisindən Azərbaycana uçduğunu görürük.
Həmçinin bu günlərdə Gürcüstandan Ermənistana vacib yüklərin daşınmasına maneələr var. Artıq bir neçə gündür ki, Gürcüstan limanlarından Ermənistana yanacaq çənlərinin daşınmasına icazə verilmir”, deyə qəzet yazır.

Qeyd olunur ki, Gürcüstan tərəfi bunu birbaşa qadağan etmir, amma maneələr var. “Gün ərzində yalnız 2-3 qatar Ermənistana çətinliklə çatır ki, bu da müharibə şəraitində çox az rəqəmdir” – Hraparak” yazır.

Qəzet Ermənistanda yanacaq çatışmazlığının yaşandığını və bunun ordunun gücünə mənfi təsir göstərdiyini yazır. Telegraf.com 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya saytlarına hücum olub
Sahara səhrası su altında qaldı - VİDEO
Rusiyanın İrandakı səfirliyi ruslara müraciət edib

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO