Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39697
az

Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub

07:2706 Oktyabr, 2020
292
DÜNYA
  • A

5 oktyabr tarixində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Milli.Az-a verilən məlumata görə, nazir Sergey Lavrov bölgədəki artan gərginliyin narahatlıq doğurduğunu bildirib. Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov öz növbəsində, Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutması, ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhərlərdəki sıx məskunlaşma qəsəbələrinin hədəfə alınması barədə rusiyalı həmkarına məlumat verib. Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən Nazir Ceyhun Bayramov yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahara səhrası su altında qaldı - VİDEO
Ukraynada teleqram qadağan edilə bilər
Odessa limanı raketlə vuruldu - 6 ölü, 9 yaralı var

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO