Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.
Bu barədə Oxu24.com Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.
Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək", - deyə xəbərdarlıqda bildirilir.
Oxu24.com
ŞƏRHLƏR