Azərbaycan sərt yanacaqla çalışan “Long-Range Artillery Missile” (qısa adı – LORA) raketini həqiqi döyüşdə istifadə edən ilk ölkə olub.
Oxu24.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Drive” saytı yazıb.
Qeyd edək ki, bu operativ-taktiki raket kompleksi İsrailin “Israel Aircraft Industries” (IAI) şirkətinin istehsalıdır.
Saytın xəbərinə görə, Azərbaycan Həkəri çayında Ermənistanı Laçınla birləşdirən körpünü məhz bu raketlə vurub dağıdıb.
The Drive bunu həmin körpünün dağıldılması videosuna əsasən müəyyənləşdirdiyini iddia edib.
Belə çıxır ki, dünyada LORA raketini həqiqi döyüşdə tətbiq edən ilk ölkə məhz Azərbaycan olub.
Sülh problemlərinin araşdırılması üzrə beynəlxlaq Stokholm institunun (SİRPİ) bildirdiyinə əsasən Azərbaycan 2017-2018-c illərdə İsraildən 50 belə raket alıb.
Xarici mətbuatın bu məsələ ətrafında hay-küy salması əbəsdir, əsas odur ki, Azərbaycan bu raketi sırf hərbi təyinatlı obyektin vurulması üçün istifadə edib.
Oxu24.com
ŞƏRHLƏR